Yerevanın mərkəzinə xüsusi texnika yeridildi - Canlı

yerevanin-merkezine-xususi-texnika-yeridildi
Oxunma sayı: 6602

Ermənistanda bu gün də etiraz aksiyaları müxalifət lideri, deputat Nikol Paşinyanın rəhbərliyi ilə davam edir.

“Qafqazinfo” xəbər verir ki, etirazçılar paytaxt küçələrini bağlayıblar. Mərkəzə canlı qüvvə və xüsusi texnika yeridilib. 

Bu gün Paşinyanın rəhbərlik etdiyi "Elk” parlament fraksiyası onun baş nazir postuna namizədliyini irəli sürüb. Qeyd edək ki, Paşinyanın baş nazir seçilməsi üçün 105 deputatdan 53-nün səsi lazım olacaq.