“Yerində tarix” adlı ekotur keçirilib - Fotolar

yerinde-tarix-adli-ekotur-kecirilib
Oxunma sayı: 1271

Layihə Gəncə şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının dəstəyi, AMEA Gəncə Bölməsinin, YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin və "Avropa Gənclər Paytaxtı- 2016" İctimai Birliyinin  təşkilatçılığı ilə gerçəkləşib.

"Qafqazinfo" xəbər verir ki, ekoturda iştirak edən 80-ə yaxın fəal gənc 15 km çətin şəraitdə yol qət ediblər.

Ekoturun keçirilməsində məqsəd gənclərin asudə vaxtının səmərəli təşkili, onların ekoloji bilik və bacarıqlarını inkişaf etdirmək, həmçinin Gəncənin qədim tarixini özündə əks etdirən maddi-mədəniyyət abidələri ilə yaxından tanış olmaqdır.

Ekotur Göygöl rayonunun Zurnabad kəndində yerləşən tarixi abidələrlə və qədim Gəncə şəhərinin mövcud olduğu ərazinin tanışlığı ilə başlayıb. Həmçinin hərbi-vətənpərvərlik, şəxsi keyfiyyətlərin inkişafı mövzularında təlimlər, açıq havada mədəni-kütləvi idman proqramları, Gəncənin tarixinə, mətbəxinə, tarixi şəxsiyyətlərinə həsr edilən intellektual yarışlar və müxtəlif oyunlar təşkil edilib.