“Yerində tarix”in iştirakçıları Alban Məbədlərində

yerinde-tarixin-istirakcilari-alban-mebedlerinde
Oxunma sayı: 634

Gəncə şəhər İcra Hakimiyyətinin, AMEA Gəncə Bölməsinin dəstəyi, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının, “Avropa Gənclər Paytaxtı-2016” İctimai Birliyinin və Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı ilə “Yerində tarix” adlı eko turun növbəti mərhələsi həyata keçirilib. Bu dəfə ekotur iştirakçıları Gəncə ətrafında yerləşən qədim Alban Məbədlərinə səfər ediblər.

“Qafqazinfo” xəbər verir ki, gəncə şəhərinin ali və orta ixtisas məktəblərinin tələbələrindən ibarət 100-dən çox ekoturçu Alban Məbədlərinə ziyarət edib. Gəncə Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə günümüzədək qorunan abidələr haqqında ekotur iştirakçılarına  ətraflı məlumat verib. 

Gənclər tarixi tikilinin ətrafında təmizlik işləri aparıb, ərazini alaq otlarından təmizləyiblər. 

Layihə çərçivəsində Vüsal Qasımov tərəfindən “Bədən dili” adlı təlimə qatılan gənclər geniş müzakirələr aparıblar.