Yerlitaş o qız üçün Xoşqədəmin verilişinə zəng vurdu

yerlitas-o-qiz-ucun-xosqedemin-verilisine-zeng-vurdu
Oxunma sayı: 3357

Türkiyənin tanınmış modelyeri, “İşte benim stilim” yarışması ilə Azərbaycanda məşhurlaşan Nur Yerlitaş “Səni axtarıram” verilişinə zəng edib. “Qafqazinfo” xəbər verir ki, proqramın aparıcısı Xoşqədəm Hidayətqızı bir neçə gündür ki, atasını axtaran Türkana sürpriz edib. 

Aparıcı Türkanın fanatı olduğu modelyerin canlı efirə telefonla bağlandığını elan edib. Yerlitaş proqramda Türkanla tez-tez yazışdığını bildirib:

“Tüklərim biz-biz oldu. Mənim Azərbaycanım, oraları çox sevirəm. Türkan canım, o, soyadını instaqramda Yerlitaş edib. Hamı məndən Türkanı soruşur.  Mən də zarafatyana deyirəm ki, Azərbaycanda dünyaya gələn qızımdır. Bildiyim qədəri ilə anası yoxdur. Mən onun atasını axtardığını bilmirdim. Mən sənə kömək olacam. Mənim də anam 4 ildir ki, ölüb. Yaşlı qadınam, hələ də pisəm. Bəlkə sənin atan bu proqramı izləyir. Xahiş edirəm, qızınızı tapın”. 

Qeyd edək ki, Türkanın anası 9 il əvvəl dünyasını dəyişib. O, 18 ildən sonra atasını axtarmaq qərarına gəlib.