Yetim Eyvaz vəfat etdi - Dəfndən foto

yetim-eyvaz-vefat-etdi
Oxunma sayı: 6218

Yetim Eyvaz kimi tanınan şair Eyvaz Qurbanov bu gün səhər saatlarında 65 yaşında dünyasını dəyişib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Modern.az-a şairin yaxınları məlumat verib.
 
Bildirilib ki, şair ağciyər xəstəliyindən əziyyət çəkirmiş. Dünən axşam vəziyyəti yaxşı olsa da, iyulun 23-ü səhər saatlarında qəfildən halı pisləşib. Təcili olaraq Siyəzən Mərkəzi Xəstəxanasına aparılsa da, o dünyasını dəyişib.

Mərhum doğulduğu Siyəzənin Qərəh kəndində dəfn olunacaq. 

Allah rəhmət eləsin!

Fotolar: 24saat.org