“Yetimin məgər Allahı yoxdur?”

yetimin-meger-allahi-yoxdur
Oxunma sayı: 4665


 "Qafqazinfo"ya xalq artistinin mətbuat xidmətindən daxil olan məlumata görə, Aygün Kazımovanın Istanbulda verəcəyi konsert təxirə salınıb.

Son günlərdə Türkiyədə baş verən hadisələrin bir çox tanınmış şəxslərin konsert planlarına təsiri haqqında sizə məlumat vermişdik. Onlardan biri də Azərbaycanın xalq artisti Aygün Kazımova ilə məşhur dünya ulduzu Snoop Doggun gözlənilən İstanbul konserti idi. Bu məsələlərlə bağlı Aygün Kazımova mediaya müraciət edir:

"Bəli, Snoop Doggun konserti təxirə salındı. Yetimin məgər Allahı yoxdur? (gülür). Əzizlərim, vətəndəyəm. Məmləkətimdə reklam çəkilişim və çıxışlarım var. Sevənlərim, dostlarım üçün də çox darıxmışam. Xüsusilə də Tarikoşam üçün. Və yenidən qayıdıram. Amma bu ay layihəmin təqdimatı olacaq. Gününü, ayını və dəqiq vaxtını gözləməyə dəyər. Hamınızı öpürəm..."