Yevlax sakini özünü yandırdı

yevlax-sakini-ozunu-yandirdi
Oxunma sayı: 1795


“Qafqazinfo” xəbər verir ki, bu barədə AXCP sədrinin müşaviri Məmməd İbrahim özünün facebook hesabında yazıb. Onun sözlərinə görə, əlil olan rayon sakininin vəziyyəti ağırdır və hazırda Yevlax şəhər xəstəxanasındadır. 

Məlumata görə, sosial yardım almaq Fonda müraciət edən 3 uşaq atası Nizami Kərimova “6 ayın pulunu bizə ver deyiblər” və sosial yardım almasına əngəllər yaradıblar. Özünü yandıran əlilin qardaşı Kərimov Faxrəddin Yusif oğlu isə Qarabağda şəhid olub.