Yevlaxda ağır qəza - Ana və qızı yaralandı

yevlaxda-agir-qeza
Oxunma sayı: 643

Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, qəza Bakı-Qazax avtomobil yolunun Yevlaxşəhər ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Yevlax Şəhər Mərkəzi Xəstəxanasının yaxınlığında “Opel” markalı minik avtomobili ilə “KamAZ” markalı yük maşını toqquşub. Nəticədə “Opel”dəki sərnişinlər - Bakı şəhər sakinləri, 1967-ci il təvəllüdlü Zibeydə Ramazan qızı Ağayeva və onun qızı, 1994-cü il təvəllüdlü Lalə Həsən qızı Ağayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər iki yaralı xəstəxanaya çatdırılıb və onlara həkimlər tərəfindən tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.