Yevlaxda bir maşının vurduğu piyadanı digəri 40 metr sürüdü

yevlaxda-bir-masinin-vurdugu-piyadani-digeri-40-metr-surudu
Oxunma sayı: 1783

Yevlaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun “Report”a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Yevlax şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.

Yolu keçmək istəyən piyada "VAZ-21099" markalı avtomobil tərəfindən vurulub. Huşsuz vəziyyətdə yolun ortasında qalan piyadanı daha sonra "Mercedes" markalı avtomobil vurub və onu təxminən 40 metr özü ilə sürüyüb. Hələlik kimliyi məlum olmayan piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.