Yevlaxda idarə olunmayan raket zərərsizləşdirilib - Fotolar

yevlaxda-idare-olunmayan-raket-zerersizlesdirilib
Oxunma sayı: 806

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 16:53-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Yevlax şəhəri, Qamboy Quliyev küçəsi 3, mənzil 116 ünvanında 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan "Qafqazinfo"ya verilən məlumata görə, agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə idarə olunmayan PQ-7S raketi aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.