Yevlaxda qəza baş verdi, sürücü öldü

yevlaxda-qeza-bas-verdi-surucu-oldu
Oxunma sayı: 804

Yevlax rayonunda ölümlə nəticələnən yol qəzası vaş verib.

 “Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə fevralın 21-i saat 23 radələrində rayonun Qarxun kəndi ərazisində qeydə alınıb.

Şəxsiyyəti istintaqa məlum olmayan şəxsin idarə etdiyi “VAZ 21011” markalı 23 BM 206 nömrəli avtomobil Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman həmin yolda ondan irəlidə gedən, 1993-cü il təvəllüdlü Gədəbəy rayon sakini Sakit Muradovun idarə etdiyi “Shacman” markalı 21 BG 404 nömrəli yük maşınının arxa tərəfi ilə toqquşub.

Nəticədə “VAZ 21011”in sürücüsü, 30-35 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

Araşdırma aparılır.