Yevlaxda qumbara partladı, ölən var

yevlaxda-qumbara-partladi-olen-var
Oxunma sayı: 681

Bu gün Yevlax rayon sakini, 1993-cü il təvəllüdlü Mustafayev Tural Süləddin oğlunun rayon ərazisində istifadəsiz tikilidə ilkin ehtimala görə əl qumbarasının partlaması nəticəsində ölməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

“Qafqazinfo” xəbər verir ki, Yevlax rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.