Yevlaxdakı qəzada sürücünün başı bədənindən ayrılıb

yevlaxdaki-qezada-surucunun-basi-bedeninden-ayrilib
Oxunma sayı: 644

"Qafqazinfo"nun "FHN"nin saytına istinadən verdiyi xəbərə görə, Yevlax rayonu ərazisində “VAZ” markalı minik avtomobili ilə “SHAQMAN” markalı yük avtomobili toqquşub. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, hadisə zamanı “VAZ” markalı minik avtomobilinin sürücüsü və 1 nəfər sərnişin həlak olub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bədəndən ayrılmış baş nahiyəsini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 23:37-də başa çatdırılıb.