Yevlaxlı Bakıda həbs olundu

yevlaxli-bakida-hebs-olundu
Oxunma sayı: 645

İyulun 17-də 62 saylı xətt avtobusunda Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Şavan Bəşirov Maarif Fətəliyevin cibindən pul oğurladığı üçün Nizami RPİ PPXB-nin əməkdaşları tərəfindən yaxalanaraq ərazi üzrə 23-cü PB-yə təhvil verilib. Onun üzərinə baxış keçirilərkən 0,855 qram həşiş götürülüb.

İyulun 17-də Zığ qəsəbəsində yaşayan Nazim Usmanov bədən xəsarətləri ilə 3 saylı xəstəxanaya yerləşdirilib. Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Yevlax rayon sakini Valeh Aslanov yaxalanıb.