Yeznə 8 qohumunu bıçaqdan keçirdi

yezne-8-qohumunu-bicaqdan-kecirdi
Oxunma sayı: 647

Qudalar arasında baş verən bıçaqlanma nəticəsində 8 nəfər xəsarət alıb. Hadisəni isə Cəlilabad rayon sakini 37 yaşlı İsmayıl Əli oğlu İsmayılov törədib. Belə ki, İsmayıl 31 yaşlı həyat yoldaşı Sevda İsmayılovanı döyərkən, qonşuluqda yaşayan qohumlar qadını İsmayılın əlindən almağa çalışıblar. Bundan əsəbləşən İsmayıl isə qaynatası 74 yaşlı Allahverən Əliyevi, baldızı 31 yaşlı Sevinc Əliyevanı, bacanağı 47 yaşlı Nəbi Mehdiyev, onun övladları 14 yaşlı Günel Mehdizadə və 18 yaşlı VIII sinif şagirdi İlkin Mehdizadəyə bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisə yerinə təcili yardım maşınları gəlib və 8 yaralı dərhal mərkəzi rayon xəstəxanasına çatdırılıb. 2 nəfər yaralının vəziyyəti ağır oldğunundan Səhiyyə Nazirliyinin göstərişilə onlar Bakıdakı 1 nömrəli xəstəxanaya göndərilib. Hadisə yerinə gələn post patrul xidmətinin polis nəfəri Elməddin Ağalarov münaqişə zamanı xəsarət alıb. Rayon polis şöbəsində ilkin araşdırmalara başlanıb.

Qeyd edək ki, öz qohumlarına xəsarət yetirən İsmayıl İsmayılov özüdə xəsarət alıb. Hadisənin tam təfərrüatları isə araşdırmaların sonunda bəlli olacaq.

anspress.ws