Yeznəsini öldürdü, boşandığı arvadını bıçaqladı - Bakıda

yeznesini-oldurdu-bosandigi-arvadini-bicaqladi
Oxunma sayı: 2472

Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, rayonun Yeni Suraxanı qəsəbəsində təxminən 35 -40 yaşlarında olan Ərəsov Muşviq Etibar oğlu bacısının keçmiş əri tərəfindən bıçaqlanaraq qətlə yetirilib. O, ürəyindən iki bıçaq zərbəsi alıb və yerindəcə keçinib.

Hadisəni törədən şəxs daha sonra keçmiş həyat yoldaşı, 1991-ci il təvəllüdlü Ərəsova Zülfiyyə Etibar qızına bir neçə bıçaq zərbəsi vurub. Yaralı qadın ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Qətli törədən şəxs hadisə yerindən qaçıb. O, Suraxanı Rayon Polis İdarəsi tərəfindən axtarışa verilib.

Faktla bağlı cinayət işi başlanılıb.