Yığmamız Lixtenşteynə qarşı

yigmamiz-lixtensteyne-qarsi
Oxunma sayı: 966

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının ilkin seçmə qrup mərhələsində bu gün son oyununu keçirəcək.

“Qafqazinfo”  xəbər verir ki, Tbilisi şəhərindəki Mixail Mesxi adına stadionun ikinci meydanında Lixtenşteynin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşma Bakı vaxtilə saat 17:00-da başlayacaq.

Vüqar Məmmədin komandası 2 oyundan 3 xalla 2-ci pillədə gedir və lider İsraildən 3 xal geri qalır. 19 yaşlılarımız hesabında xal olmayan Lixtenşteynə qalib gələrsə, növbəti mərhələyə çıxmaq imkanına malikdi. 

20 noyabr

17:00. Azərbaycan - Lixtenşteyn

Baş hakim: Erik Lambrechts (Belçika)

Baş hakimin köməkçiləri: Karel De Rocker (Belçika), Giorgi Elikaşvili (Gürcüstan)

Dördüncü hakim: Aleko Aptsiauri (Gürcüstan)