Yığmamız Norveçlə bacarmadı

yigmamiz-norvecle-bacarmadi
Oxunma sayı: 640

Oyunda yeganə qolu 29-cu dəqiqədə Markus Pedersen vurub. Matçdan sonra komandaların baş məşqçiləri fikirlərini bildirib:

Per-Yoar Hansen (Norveç yığmasının baş məşqçisi): “Qələbə qazandığımıza görə çox şadam. Oyuna nəzarət bizdə idi. Ədalətli qələbə qazandıq. Futbolçularım hər oyunda belə oynamırlar. Get-gedə daha yaxşı oynayacağımıza ümid edirəm” .

Bernard Lippert (Azərbaycan yığmasının baş məşqçisi): “Norveç yığması layiqli qələbə qazandı. Çoxlu top itirdik. Hücumda lazımi təzyiq göstərə bilmədik. Əsas problem nominal hücumçumuzun olmaması ilə bağlı idi. Komanda ümumilikdə zəif ola bilər, amma hücumçusuz heç bir uğur qazanmaq mümkün deyil”.

Norveç – Azərbaycan - 1:0
Qol: Markus Pedersen, 29
Baş hakim: Dimirar Meçkarovski (Makedoniya)
Drammen, “Marienlyst” stadionu