Yığmamız Xorvatiyadan 2 “qızıl”la qayıdır

yigmamiz-xorvatiyadan-2-qizilla-qayidir
Oxunma sayı: 634

“Qafqazinfo”nun Gənclər və İdman Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Respublikanın əməkdar məşqçisi Ələkbər İmaməliyevin rəhbərliyi altında Zaqrebə yollanan 14 taekvondoçumuzdan ikisi qızıl medal qazanıb.

London Olimpiadasına lisenziyanı təmin etmiş Fəridə Əzizova (67 kq) finalda Elin Yohansona (İsveç), Elvin Məmmədov (74 kq) isə Əlireza Əziziyə (İran) qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Fariz Əliyev (68 kq) yalnız finalda Filip Qrqiçə (Xorvatiya) məğlub olaraq, turnirin gümüş medalçısı olub. Bundan başqa, Xəyalə Quliyeva (46 kq) və Təvəkkül Bayramov (+87 kq) bürünc qazanıb. Onu da qeyd edək ki, taekvondoçumuz Elvin Məmmədov yarışın ən taktikalı döyüşçüsü adına layiq görülüb.

Ceyhun Əhmədov