Yığmaya yeni məşqçilər təqdim olundu

yigmaya-yeni-mesqciler-teqdim-olundu-
Oxunma sayı: 664

Azərbaycan Güləş Federasiyasından “Qafqazinfo”ya verilən xəbərə görə, Olimpiadaya hazırlıq müddətində yunan-Roma güləşi üzrə yığma komandaya Türkiyədən olan məşqçilər heyəti – Salih Bora, Şaban Donat və Mütalib Yerlikaya cavabdehlik daşıyacaq.

Qeyd edək ki, Salih Bora 20 ildən çox bir müddətdə Türkiyə milli komandasında məşqçi və baş məşqçi vəzifələrində çalışıb. Onun rəhbərliyi altında Türkiyənin yunan-roma güləşi üzrə milli komandası 2008-ci il Avropa üçüncülüyünə, 2009-cu il dünya çempionluğu, 2010-cu ildə Avropa və dünya ikinciliyinə nail olub.