Yıldırım içəri getdi

yildirim-iceri-getdi
Oxunma sayı: 676

Ötən gün yerli vaxtla saat 14.00-da (Bakı vaxtıyla 16.00) məhkəməyə aparılan Yıldırımın sorğusu saat 18.30-a (B. v. 20.30) qədər davam edib. Əziz Yıldırım Türkiyə vaxtıyla saat 21.20-də (B. v. 23.20) İstanbul “Metris” həbsxanasına yerləşdirilib.

Həbsxanaya aparıldığı vaxt bir qrup “Fənərbaxça” azarkeşi Yıldırım üçün dəstək şüarları səsləndirərək həbsxanaya yaxınlaşmağa çalışıb. Polisin müdaxiləsinə isə azarkeşlər daşlar və dəyənəklərlə cavab verib. Baş vermiş qalmaqalda televiziya müxbirlərindən biri başına dəyən butulka zərbəsi ilə xəsarət alıb.

Həbs qərarından sonra isə “FB-TV” (Fənərbaxça telekanalı) Əziz Yıldırımın “Fənərbaxça” klubunu sevdiyini ifadə etdiyi müsahibələrin çarxlarını yayımlamağa başlayıb.