Yıldırım Merkellə görüşdü - Video

yildirim-merkelle-gorusdu
Oxunma sayı: 1300

Türkiyə prezidenti Binəli Yıldırım Almaniyaya səfəri çərçivəsində kansler Angela Merkellə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, iki siyasətçi öncə mətbuata qapalı görüş keçirib.

Berlində keçirilən görüşdən sonra Yıldırım və Merkel mətbuat konfransı keçiriblər. Türkiyə baş naziri bildirib ki, ikili görüşdə əsas mövzu PKK terror təşkilatı olub.

Bundan başqa, iki dövlət arasındakı münasibətlərin önəmi bildirilib və bunun daha da inkişaf etdirilməsi üçün çalışmaların davam etdiriləcəyi qeyd edilib.

Qeyd edək ki, B.Yıldırım Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Berlinə yola düşəcək.