Yılmaz Ərdoğan boşanıb

yilmaz-erdogan-bosanib
Oxunma sayı: 2389

Aparıcı-aktyor Yılmaz Ərdoğan və aktrisa xanımı Belçim Bilgin boşanıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə aktyorun özü məlumat verib.  

O, KİV nümayəndələrinə açıqlamasında 10 gün əvvəl rəsmi olaraq ayrıldıqlarını qeyd edib: “Çox sevgi və hörmətlə ayrılmışıq. 10 gün oldu ki, rəsmi olaraq boşanmışıq”.

Qeyd edək ki, 2006-cı ildə ailə quran cütlüyün bu nikahdan Rodin adlı oğlan övladı var.