“Yıxılmışam” dedi, bıçaqlandığı məlum oldu

yixilmisam-dedi-bicaqlandigi-melum-oldu
Oxunma sayı: 1993

Avqustun 7-də Bakı şəhər sakini Şahin Məmmədov yaşadığı Suraxanı rayonundakı evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, Ş.Məmmədov öz izahatında yıxıldığını bildirib. İlkin araşdırmalarla həmin gün Ş.Məmmədovla Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Abbasov arasında Əmircan qəsəbəsi ərazisində münaqişə baş verməsi və bu zaman sonuncunun ona bıçaqla xəsarət yetirməsi müəyyən edilib.

Dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə E.Abbasov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.