Yol dəyişdirilir

yol-deyisdirilir
Oxunma sayı: 643

Bu barədə Trend-ə SC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib. Onun sözlərinə görə, yararsız vəziyyətə düşmüş yolun 153-154-cü kilometrliyində istiqamət dəyişdirilir və alternativ istiqamətlər yaradılır. "İşlər aparılır, eyni zamanda asfalt örtüyünün çəkilməsi işlərinə də başlanılmalıdır", - Mürsəliev qeyd edib.

Cümə günü əraziyə keçirilən baxışdan sonra martın 26-dan nəqliyyatın hərəkətinin müvəqqəti dayandırıldığı Ağsu aşırımı minik avtomobillərinin hərəkəti üçün tam açılıb.
Qeyd edək ki, Şamaxının Muğanlı kəndindən başlayaraq Bakı-Şamaxı-Yevlax magistral yolunun 131-133-cü km-liyində (Muğanlı kəndi ərazisində) yol tamamilə çöküb. Həmin avtomobil yolunun Ağsu aşırımı ərazisində - 140, 141, 142, 146 km-lərində sürüşmələr olduqca aktivləşib, yollarda çatlar yaranıb, Muğanlı kəndinin girəcəyində sürüşmə yolu çökdürüb.

Yolun bağlanması ilə əlaqədar olaraq Ağsunun 11 kəndi ilə əlaqəsi kəsilib və həmin kəndlərə gediş-gəliş İsmayıllı rayonu ərazisindən keçməklə mümkündür. Bu isə yolu 100 kilometr uzadıb.