Yol kənarlarında ət kəsənlərə xəbərdarlıq

yol-kenarlarinda-et-kesenlere-xeberdarliq
Oxunma sayı: 1041

Səbail rayonunda qeyri-qanuni heyvan kəsimi məntəqələrində reydlər keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təşkil olunmuş reydlərdə Səbail Rayon İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin yerli struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

Reyd zamanı satışda olan ətlərin üzərində möhürlərin olmadığı və bəzi kəsim məntəqələrində isə mənşəyi bilinməyən heyvan əti aşkarlanıb. Qeyri-qanuni fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinin sahiblərinə sonuncu dəfə xəbərdarlıq edilib, bu fəaliyyətin təkrarlanacağı təqdirdə inzibati qaydada tədbirlərin görüləcəyi bildirilib. 

Yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan, bir sıra kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.