Yol nişanlarını oğurlayan şəxs tapıldı

yol-nisanlarini-ogurlayan-sexs-tapildi
Oxunma sayı: 1074

Şirvan şəhərində yol nişanlarının üzərindəki günəş enerjisi ilə qidalanan lövhələri oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, noyabrın 1-dən 13-dək olan müddətdə Şirvan şəhəri ərazisində quraşdırılmış günəş enerjisi ilə qidalanan 30-dan artıq yol nişanının üstündə olan lövhələri oğurlanıb.

Oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Şirvan şəhər sakini Məharim Fərəcov olduğu məlum olub. Araşdırma aparılır.