Yol polisi ağır qəzaya düşdü - Fotolar

yol-polisi-agir-qezaya-dusdu-fotolar
Oxunma sayı: 650

“Qafqazinfo” bildirir ki, ANS press-in hadisə yerindəki əməkdaşının məlumatına görə, Mikayıl Müşfiq küçəsində “VAZ-2107” markalı minik maşını polis motosikletini vurub. Qəza nəticəsində polis serjantı Samir Süleymanov ağır xəsarətlər alıb. O, Klinik Tibbi Mərkəzə aparılıb. Polis serjantına kəllə-beyin travması və bədəninin müxtəlif yerlərində sınıqlar diaqnozu qoyulub. Minik maşının hələ şəxsiyyəti dəqiqləşdirilməmih sürücüsü ilə başından yüngül xəsarət alıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, qəzaya yoldakı qoşa xəttin tələbini və manevr qaydalarını pozan “VAZ-2107” markalı maşının sürücüsü səbəb olub.

Hadisə ilə əlaqədar Səbai rayon Polis İdarəsində araşdırma aparılır.