Yol polisi maşını qovdu - Evin tək oğlu öldü, 1 nəfər isə ağır yaralandı + Video

yol-polisi-masini-qovdu
Oxunma sayı: 2006

Bakının girəcəyində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqaiznfo"ya hadisə şahidlərinin verdiyi məlumata görə, Xırdalan-Bakı istiqamətində qeydə alınan qəzaya səbəb yol polisinin "06" markalı maşını qovması olub.  

Hadisə nəticəsində "90-EH-176" dövlət nömrə nişanlı  VAZ-2106 markalı maşın tanınmaz hala düşüb, sürücü isə həlak olub. Həmin maşında bir nəfərin də ağır yaralandığı bildirilir.

Qeyd edək ki, qəzaya səbəb olan yol polisi "Hyundai Tucson"la sürücünü qovub, hadisə baş verəndən sonra oradan uzaqlaşıb.

***

"Report"un məlumatına görə, qəza nəticəsində ölən Sahil Məmmədov 1 ay öncə ailə qurubmuş. O, evin tək övladı olub.