Yol polisi qəza törədib- - xəsarət alan var

yol-polisi-qeza-toredib-
Oxunma sayı: 2788


Bu gecə saat bir radələrində Nəsimi rayonu ərazisində yol-nəqliyyat adisəsi baş verib. Qəzanı törədən bu dəfə yol polisi əməkdaşı olub.

“Qafqazinfo” Aznews.az-a istinadən xəbər verir ki, 10 YP 359 nömrəli YPX avtomobili 4-cü mikrorayon dairəsi kimi tanınan ərazidə, hansısa avtomobilin arxasınca sürətlə hərəkət edərkən, əsas yolu gözləməyib və nəticədə qəza baş verib. 

Məlumata görə, polis maşını 90 EM 292 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə “Mercedes”dəki sərnişinlərdən biri xəsarət alıb.