Yol polisi qəza törətdi

yol-polisi-qeza-toretdi
Oxunma sayı: 8408

Bu gün səhər saatlarında DYP avtomobili qəza törədib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə saat 5:20 radələrində Zərifə Əliyeva küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində baş verib.

1987-ci il təvəllüdlü Samir Bənziyevin idarə etdiyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus “BMW” markalı 99 YP 453 nömrəli avtomobil işıqforda dayanan, 1989-cu il təvəllüdlü Rüstəm Allahverdiyevin idarə etdiyi “Opel” markalı 90 GT 630 nömrəli maşını arxadan vurub. Qəza nəticəsində ağır xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Murad Əhməd