Yol polisi qəza törətdi - Ölənlər var+Fotolar

yol-polisi-qeza-toretdi
Oxunma sayı: 889

Salyan rayonunda YPX maşını qəza törədib.

“Qafqazinfo”nun Report-a istinadən məlumatına görə, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində baş verib.

Belə ki, YPX maşını 90-GR-539 dövlət qeydiyyat nömrə nişanlı  "Mercedes" markalı avtomobillə toqquşub. 

İlkin məlumatlara görə, 2 nəfər ölüb 5 nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

***

APA-nın xəbərinə görə,  DYP maşınını Məmmədyarov Natiq Mehdi oğlu idarə edib.

***

Yaralılar: 

Bakı şəhər sakinləri - 1950-ci il təvəllüdlü Allahverdi Ağalı oğlu Əhmədov;

1986-cı il təvəllüdlü Ülvi Səməd oğlu Sadıqov;

1982-ci il təvəllüdlü Elçin Kazım oğlu Dadaşov;

Salyan rayon sakinləri - 1988-ci il təvəllüdlü Elnur zakir oğlu Əliyev; 1988-ci il təvəllüdlü Natiq Nifti oğlu Məmmədyarovdur. 

Qeyd edək ki, E.Əliyev və N.Məmmədyarov YPX əməkdaşlarıdır.

Hadisə zamanı ölən iki nəfərin adları hələlik məlum deyil.

***

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb: “Onlardan biri hadisə yerindəcə, digəri isə təcili tibbi yardım maşınında tibbi yardım göstərilərkən vəfat edib. Yaralıların dördünün də vəziyyəti ağırdır. Biri komadadır, birinin isə vəziyyəti kritikdir. Vəziyyəti ağır olan digər iki nəfər isə polis əməkdaşlarıdır”.