Yol polisi rəisi öldürüldü

yol-polisi-reisi-olduruldu
Oxunma sayı: 3650


ANS PRESS-in məlumatına görə, Mariupol şəhəri yol polisi idarəsinin müdiri mayın 9-da Daxili İşlər Nazirliyinin yerli şöbəsinin binası ərazisində gedən döyüş əməliyyatları zamanı həlak olub. Bu barədə Ukrayna xalq deputatı Oleq Lyaşko məlumat verib.

"Terrorçular bu gün Mariupolun DYP müdiri Viktor Sayenkonu öldürdülər. Bir neçə gün mən onunla yan-yana işləmişəm, əvəzolunmaz köməkçi idi. Dünən o şəhər hökumətinə terrorçuların hücumu zamanı ağır yaralanmışdı.", – deyə deputat öz "Facebook" səhifəsində yazıb.

Qeyd edək ki, ötən gün Mariupolda gedən toqquşmalar nəticəsində 7 nəfərin həlak olduğu, 39 nəfərin isə yaralandığı bildirilir.