Yol polisi reyd keçirdi - 30-dək sürücü məsuliyyətə cəlb edildi

yol-polisi-reyd-kecirdi
Oxunma sayı: 2172

Astara rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən istismar müddəti bitmiş və texniki cəhətdən nasaz idarə olunan nəqliyyat vasitələrinə qarşı reyd keçirilib.
 
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, reyd əsasən rayonun Siyəkü və Vaqo kənd yollarında, eyni zamanda Ələt-Astara avtomobil yolunun 219-cu km-də baş tutub.
 
Bir neçə saat davam edən yoxlamalar zamanı 50-ə yaxın avtomobil saxlanılıb, 30-dək sürücü məsuliyyətə cəlb edilib. 
 
Reyddə texniki cəhətdən nasaz, əlavə avadanlıqlar quraşdıran, sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən sürücülər müəyyən olunaraq barələrində tədbir görülüb. Avtomobilləri isə cərimə meydançasına aparılıb.
 
Yollarda sürücülərin və sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə keçirilən bu kimi reydlər bundan sonra da davam etdiriləcək.