Yol polisi sürücünü döyüb – - Video

yol-polisi-surucunu-doyub-
Oxunma sayı: 7092


“Qafqazinfo” xəbər verir ki, bu barədə Bizimyol.info-ya V.Qocayevin özü məlumat verib. Şikayətçinin sözlərinə görə, hadisə yaşadığı Lənkəran rayon Sutəmordov kəndi ərazisində baş verib. Yol polisi onu reyd zamanı saxlayıb: “Mənə dedilər ki, kəmər bağlamamısan. Amma mən də bildirdim ki, baxın, hətta kəmər qapıdan çölə çıxıb, bağlamışdım. Sonra dedim ki, kəmər bağlamadığımı necə sübut edə bilərsiniz. Bu zaman  onlardan biri dedi ki, bu içkilidir, aparın bunu”.

V.Qocayev bundan sonra bir neçə yol polisi əməkdaşı tərəfindən  döyüldüyünü, kənd camaatının da hadisə yerinə gəldiyini və birtəhər polislərin əlindən qurtararaq rayon prokurorluğuna üzləşdiyi zorakılıqla bağlı şikayət etdiyini dedi.

Bizimyol.info-nun əməkdaşı baş vermiş hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbaut xidmətinin şöbə rəisi Orxan Mansurzadə ilə də əlaqə saxlayıb. O.Mansurzadə hadisənin diqqətdə saxlanılacağını və təfərrüatları barədə ictimaiyyətə məlumat veriləcəyini bildirib.

Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev isə bizimyol.info-nun əməkdaşı ilə söhbətdində bildirib ki, əgər hadisə ilə bağlı prokurorluğa müraciət edilibsə, prokurorluq lazımı araşdırmanı aparıb verilmiş şikayətə də hüquqi qiymət verəcək.