Yol polisindən daha bir çağırış

yol-polisinden-daha-bir-cagiris
Oxunma sayı: 2660

Bakıda yol polisləri maarifləndirici tədbirlər keçirib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları yeni dərs ilinin başlanması ilə əlaqədar orta məktəblərdə maarifləndirici aksiyalar keçirib.

Bakı şəhər DYPİ tərəfindən hazırlanmış və maarifləndirici şüarlar əks olunan plakatları rayon ərazisindəki məktəblərin önünə vurublar.

Yol polisi əməkdaşları müəllimlər və valideynlərə təbliğat xarakterli söhbətlər aparıb. Yol hərəkəti qaydaları şagirdlərə izah edilib. Valideynlərə tövsiyə olunub ki, avtomobillərini məktəblərin önündə saxlamasınlar. 

Şagirdlərə yol polisi tərəfindən hazırlanmış maarifləndirici kitabçalar verilib.