Yol polisindən sürücülərə müraciət

yol-polisinden-suruculere-muraciet
Oxunma sayı: 639

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev cümə günü Trend-ə bildirib ki, şaxtalı, qarlı hava şəraiti Bakı-Şamaxı, İsmayıllı-Muğanlı, Bakı-Quba və Ağsu aşırımında minik avtomobillərinin hərəkətinə çətinlik yaradıb.

Əliyev həmin yolların buz bağlaması səbəbindən bu yollarda zənciri, mövsümi qış təkərləri və hər iki aparıcı oxu olan avtomobillərin hərəkətini tövsiyyə edir.

İdarə rəsmisi hazırda Kürdəmir, Sabirabad, Yevlax, Hacıqabul və Balakən istiqamətinə gedən yollarda qarın yağdığını, buna baxmayaraq yolların buzlu olmadığını və nəqliyyatın hərəkətində problemlər yaranmadığını qeyd edib.

Ötən gün respublika yollarında 16 yol qəzası zamanı 2 nəfər ölüb, 17 nəfər xəsarət alıb.
Qəzalardan biri-piyadavurma Bakının Səbayel rayonu ərazisində qeydə alınıb və bir nəfər xəsarət alıb.