Yol Polisindən sürücülərə yağış - müraciəti

yol-polisinden-suruculere-yagis-muracieti
Oxunma sayı: 640

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov SalamNews-a deyib ki, Bakıda yağan aramsız yağış bəzi küçə və yolları keçilməz edib. Yaxşı olar ki, sürücülər belə hava şəraitində şəxsi avtomobillərdən istifadədən mümkün qədər imtina etsinlər və ictimai nəqliyyatdan istfadəyə üstünlük versinlər. Yol nişanlarının tələblərinə uyğun hərəkət etsinlər.

Bölmə rəisi həmçinin söyləyib ki, Səbail, Nəsimi, Yasamal, Binəqədi, Nərimanov, Xətai rayonlarında müəyyən sıxlıqlar müşahidə olunur. Hazırda yol polisi gücləmdirilmiş iş rejimində çalışır.

Xatırldaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında yağışlar bü gün, sabah davam edəcək.