Yol polisini təhqir edən jurnalist - - Video

yol-polisini-tehqir-eden-jurnalist-
Oxunma sayı: 3918


Rasim xoşagəlməz sözləri Nizami Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşlarının onun avtomaşını cərimə dayanacağına aparandan sonra deyib. Amma bir məsələ var ki, polislər Rasimin idarə etdiyi nəqliyyat vasitəsini əbəs yerə aparmayıblar. Uzun illərdir ki, sükan arxasında oturduğunu deyən Rasimin heç sürücülük vəsiqəsi də olmayıb.

Özünün də dediyi kimi polislərin qanuni hərəkətlərindən hiddətlənən Rasim hirsini rəhbəri oduğu agentliyə qərəzli musahibə verməkdə görüb.

Polis idarəsinə gətirilən zaman isə özünü jurnalist kimi təqdim edən Rasimin başqa qanuna zidd əməlləri də ortaya çıxıb. Sən demə o, səlahiyyətindən istifadə edərək Astara rayonunda bir vətəndaşı həbsdən azad etdirmək adı ilə onun ailəsindən 15 min manat alaraq dələduzluq da edib. 

Hazırda Rasim Əlizadə barəsində toplanan materialların araşdırılması davam etdirilir. Bundan sonra Rasim əvvəlki əməlləri ilə bərabər polisin şərəf və ləyaqətini təhqir ediyi üçün də qanun qarşısında cavab verəcək.


Rasim Əlizadənin qalmaqala səbəb olan müsahibəsini də təqdim edirik: