Yol polisinin oğlu qəzada öldü

yol-polisinin-oglu-qezada-oldu
Oxunma sayı: 683

APA-nın qərb bürosunun xəbərinə görə, qəza nəticəsində ölən şəxslər çaya düşən “Mercedes-Benz” markalı avtomobilin sürücüsü, Şəmkir rayon sakini, 19 yaşlı Orxan Əlizadə, onun sərnişinləri 19 yaşlı Məhəmməd Əliyev və 22 yaşlı Vüqar Hüseynovdur.

O. Əlizadənin Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşı Rasim Əlizadənin oğlu olduğu bildirilib.

Qeyd edək ki, bu gün saat 12 radələrində Şəmkirin Çinarlı qəsəbəsində, Şəmkir çayı üzərində olan körpüdə rayon sakini, 19 yaşlı Orxan Əlizadənin idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil körpünün üzəri ilə hərəkət edən, Şəmkir rayon sakini Elnur İbrahimovun idarə etdiyi “Niva” markalı maşını ötmək istəyərkən onunla toqquşub. Nəticədə “Mercedes-Benz” çaya düşüb.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.