Yol qəzaları ölümlə nəticələndi - Kriminal xəbərlər

yol-qezalari-olumle-neticelendi-kriminal-xeberler
Oxunma sayı: 690

İyunun 19-u saat 18 radələrində Rəsulzadə qəsəbəsi E.Babayev küçəsində Bakı şəhər sakinləri Fərid Xəlilzadənin idarə etdiyi «Mersedes» markalı avtomobillə Hüseyn Yusifovu vurmuş və aldığı xəsarətlərdən KTM-da ölmüşdür.

Mayın 7-si saat 18:40 radələrində R.İsmayılov küçəsində yaşayan Lyudmila Saidova evdən getmiş və geri qayıtmamışdır. Binəqədi RPİ 6-cı PB-nin əməkdaşlarının səyi nəticəsində L.Saidova iyunun 19-da geri dönmüşdür.

İyunun 18-i saat 18 radələrində Mərdanov Qardaşları küçəsində Bakı şəhər sakini Ziya İsgəndərov Nigar Səmədovanın içərisində 52 manat və mobil telefonu olan pul kisəsini əlindən alaraq qaçdığına görə Nəsimi RPİ PPXB-nin əməkdaşları tərəfindən yaxalanaraq 21-ci PB-yə təhvil verilmişdir. Müəyyən edilmişdir ki, Z.İsgəndərov iyunun 12-də həmin ünvanda Fəridə Hüseynovanın içərisində 280 manat olan pul kisəsini əlindən alıb qaçmışdır.

İyunun 18-i saat 09:45 radələrində Maştağa-Zabrat yolunda Bakı şəhər sakini Qalib Quliyevin idarə etdiyi «Tofaş» markalı avtomobillə Mingəçevir şəhər sakini Tural Mikayılovun idarə etdiyi «Lada-21214» markalı avtomobillər toqquşmuşdur. Nəticədə «Tofaş» markalı avtomobilin sərnişinləri Pərviz Quliyev ölmüş, Adil Nurməmmədov, Baladadaş Hüseynov və hər iki sürücü xəsarət alaraq 3 saylı xəsətəxanaya yerləşdirilmişdir.

İyunun 18-i saat 23:05 radələrində Atatürk prospektində Fərid Səfərov idarə etdiyi «Mersedes» markalı avtomobillə İbrahim Sadıqovu vurmuş və o, aldığı xəsarətlərdən xəstəxanada ölmüşdür.

Bakı şəhər BPİ CAİ və Yasamal RPİ 28-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki ŞPŞ tərəfindən AR CM-in 178-ci (dələduzluq) maddəsilə axtarışda olan Anar Süleymanov iyunun 18-də tutulmuşdur.

İyunun 18-i saat 01:40 radələrində Sabunçu qəsəbəsində 3 nəfər naməlum şəxs Bakıxanov qəsəbə sakini Bəxtiyar Vəliyevin idarə etdiyi «VAZ-2107» markalı avtomobilə əyləşərək Əmircan qəsəbəsinə getmək istədiklərini bildiriblər. Əmircan qəsəbəsində onlar B.Vəliyevi döyərək üzərində olan əşyaları tələb etmişlər. B.Vəliyev avtomobildən düşərək qaçmış, həmin şəxslər isə avtomobili sürərək qaçmışlar. Soyğunçuluqda şübhəli bilinən şəxslər Bülbülə qəsəbə sakinləri Vüqar Hacıyev, İsmayıl Həsənov və Elşən Teymurlu Xəstəxanayanı küçəsində avtomobillə birlikdə Sabunçu RPİ PPXB-nin əməkdaşları tərəfindən yaxalanaraq aidiyyatı üzrə Suraxanı RPİ 31-ci PB-yə təhvil verilmişlər.