Yol qəzasında ölən sürücünün kimliyi bəlli oldu - Yenilənib

Yol qəzasında ölən sürücünün kimliyi bəlli oldu
Oxunma sayı: 1594

Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib. 

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi xəbərə görə, qəza şəhərin qərb çıxışında, Gəncə-Şəmkir avtomobil yolunda qeydə alınıb.

“VAZ” markalı avtomobilin aşması nəticəsində 2 nəfər-sürücü və sərnişin dünyasını dəyişib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 

***

APA-nın qərb bürosunun xəbərinə görə, Gəncədə ağır qəza nəticəsində ölən şəxslərdən biri olan sürücünün kimliyi müəyyənləşdirilib. O, Gəncə sakini 1992-ci il təvəllüdlü Ələkbərov Kənan Orxan oğludur.

Sərnişinin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. 

 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi