Yol terroru - 2 ölü, 4 yaralı

yol-terroru-2-olu-4-yarali
Oxunma sayı: 654

Trend-in bazar günü FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Siyəzən rayonu, Beşdam kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus "Hyundai" markalı minik avtomobili digər vətəndaşa məxsus "Nissan" markalı minik avtomobilinin toqquşması nəticəsində qəza baş verib.

Qəza nəticəsində "Hyundai" markalı avtomobilin sürücüsü ağır bədən xəsarətləri almış vəziyyətdə yanğınsöndürən-xilasedicilər tərəfindən rayon mərkəzi xəstəxanasına aparılmışdır. Avtomobildə olan sürücünün həyat yoldaşı 1972-ci il təvəllüdlü Əliyeva Bahar Etiqat qızı və "Nissan " markalı avtomobilin sürücüsü Novruzov Kamal aldıqları bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

"Nissan " markalı avtomobilində olan sürücünün həyat yoldaşı və qızı yüngül bədən xəsarətləri, oğlu isə ağır bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə etməklə xilas edilərək təcili yardım xidmətinə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.Əməliyyat saat 22:30-da başa matıb.