Yollardakı vəziyyəti göstərən tablolarda dəyişiklik edilib

yollardaki-veziyyeti-gosteren-tablolarda-deyisiklik-edilib
Oxunma sayı: 638

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərin işini daha da asanlaşdırmaq üçün yenilik təqdim edir. Mərkəz cari ilin yanvar ayından etibarən paytaxt yollarının kənarlarında yerləşən Elektron İnformasiya Tablolarını (VMS) daha başadüşülən etmək üçün yeniliklər əlavə edib. NİİM-dən “Qafqazinfo”ya verilən məlumata görə, istiqamətləri göstərən qrafiklərə küçə və prospektlərdəki dairələr də (mis: Azneft dairəsi, Ukrayna dairəsi və s) əlavə olunub ki, bu da sürücülərin işini daha da yüngülləşdirir. Bundan başqa tablolarda yollar, hərəkət istiqamətləri üzrə əks olunub. Yazıların ölçüsü isə mümkün qədər böyüdülüb.
Qeyd edək ki, qrafik şəkildə təqdim edilən istiqamətlər nəqliyyat axınının intensivliyinə görə müxtəlif rənglər ilə qeyd olunur. Yaşıl rəngli qrafiklər yolun normal və sərbəst avtomobil hərəkəti mümkün olduğunu göstərir. Sarı rəngli qrafiklər yolun nisbətən yüklü və hərəkətin aşağı sürətli olduğunu mənasını verir. Qırmızı rəngli qrafiklər isə yolun tıxaclı olduğunu göstərir.

Nigar Məmmədli