Hazırda ölkənin avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkəti tam təmin olunub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, bir çox magistral yollar qardan təmizlənib və qum-duz səpilib.
Hazırda yollarda şaxta yoxdur, magistrallar qardan təmizlənib və bu istiqamətdə işlər davam etdirilir.