Yolları sabah da bağlayacaqlar

yollari-sabah-da-baglayacaqlar
Oxunma sayı: 640



Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov bildirib ki, Azadlıq meydanı, Neftçilər prospekti, Azneft meydanı, Parlament prospekti, Niyazi, Teymur Elçin, Mehdi Hüseyn küçələri, Hüseyn Cavid, İnşaatçılar prospektləri, Bakıxanov, Səməd Vurğun, Füzuli küçələri, Bülbül prospekti, Zərifə Əliyeva, Puşkin küçələri bazar günü səhər saat 10:00-dan başlayaraq tədbir başa çatanadək bağlı olacaq.

Velosipedçilər qeyd olunan marşrutlar üzrə 12 dəfə dövrə vuracaq. Yariş Azadlıq meydanından start götürüləcək.

Bakı yol polisi sürücülərdən həmin küçə və prospektlərdə şəxsi avtomobillərindən istifadə etməməyi tövsiyə edir.