Yolu keçmək istəyən piyadaları maşın vurdu

yolu-kecmek-isteyen-piyadalari-masin-vurdu
Oxunma sayı: 1552

Yolu keçmək istəyən iki piyadanı maşın vurub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Göyçayın Nizami küçəsində qeydə alınıb. Sözügedən küçədə hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən rayon sakinləri 38 yaşlı  Samirə Abdurəhmanova və 18 yaşlı Nigar Aslanovanı vurub. Qəza nəticəsində hər iki piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Faktla bağlı araşdırma aparılır.

Rəşad Türkoğlu