Yolu keçmək istəyən piyadanı maşın vurdu

Yolu keçmək istəyən piyadanı maşın vurdu
Oxunma sayı: 398

Bakıda gənc oğlanı avtomobil vurub.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Zabrat qəsəbəsində yolu keçmək istəyən 26 yaşlı Anar Bəxtiyar oğlunu "BMW" markalı, 10-TL-098 seriya nişanlı avtomobil vurub. Hadisədən dərhal sonra sürücü yaralını xəstəxanaya çatdırıb. Yaralıya dərhal tibbi yardım göstərilib. Həkimlər kəllə beyin travması alan yaralının vəziyyətini orta ağır kimi qiymətləndirib.

Hadisə yerinə Sabunçu Rayon Dövlət Yol Polis Şöbəsinin əmkdaşları cəlb edilib. Sürücü saxlanılaraq ifadəsinin alınması üçün Sabunçu Rayon Polis İdarəsinə aparılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi