Yolu keçmək istəyirdi, maşın vurdu

yolu-kecmek-isteyirdi-masin-vurdu
Oxunma sayı: 2082

Bərdə rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, Rəşad Əliyevin idarə etdiyi "Lada 21015" markalı avtomobil yolu keçmək istəyən Cəfər Salmanovu vurub.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Tural Hüseynli