“Yorğun olmağımız nəticəyə təsir etdi” - Millimizin baş məşqçisi

yorgun-olmagimiz-neticeye-tesir-etdi
Oxunma sayı: 1289

Xəbər verdiyimiz kimi, Sloveniyada keçirilən Avropa çempionatının ¼ final mərhələsində Portuqaliya ilə qarşılaşan millimiz 1:8 hesabı ilə uduzaraq və qitə birinciliyi ilə vidalaşıb.

“Qafqazinfo” AFFA-ya istinadən xəbər verir ki, yığmamızın baş məşqçisi Joze Alesio da Silva matçda sonra oyun barədə fikirlərini bildirib:

“Oyuna yaxşı başladıq. Hətta erkən qol vurduq. Ancaq sonra ardıcıl 2 səhvə yol verdik və rəqib hər iki epizoddan düzgün istifadə etdi. Bundan sonra səhvlər bir-birini təkrarladı”.

Məşqçi birinci hissəsində müdafiə xəttimiz çox zəif çıxış etməsinə belə izah verib:

“Ola bilsin, buna İspaniya ilə matçda çox güc sərf etməyimiz və yorğun olmağımız da təsir etdi. Çünki hazırlaşmaq üçün çox az vaxtımız var idi. Portuqaliya millisini təbrik edirəm, onlar, həqiqətən də, yaxşı oynadılar”.